Ateizm ve din

Bilirsinizmi?
Atatürk`ün cənazə namazının məsciddə qılınmadığını…

Ø Heç bir Osmanli padşahının həccə getmədiyini…

Ø Hud Sürəsinin 2-ci ayəsini “Mən O`nun tərəfindən göndərilmiş bir xəbərdarçı və müjədçiyəm” – yazdıran Məhəmmədin belə böyük bir gaf atdığını…

Ø Məhəmməd`in, Xəndək Savaşı`ından sonra 500 Yəhudi kişi əsiri edam etdiyini, arvadları və uşaqları isə Şam əsir bazarında satdığını…

Ø Qiblə, əvvəllər Kəbə ikən, hicrətdən sonra Yəhudiləri çəkə bilmək üçün onların müqəddəs şəhəri Qüds`ə çevrildiyini, ancaq Yəhudilərin bu dəyişikliyə iztehza edib gülməsindən sonra qiblənin yenidən Kəbəyə çevrildiyini…

Ø Məhəmmədin atasının adı olan Abdullah`ın ərəbcədə “Allahın qulu” mənasını verdiyini…Al-lah`ın, İslam öncəsi inancda Al-lat, Al-Uzzat və Al-Menat adlı tanrıçaların atası olduğunu…

Ø Məhəmmədin sünnət olunduğuna dair sağlam İslami qaynaqların olmadığını…

Ø Məhəmmədin öldüyü vaxtda Quran ayələrinin dağınıq vəziyyətdə olduğunu. Uzun illər sonra bir kurul tərəfindən müxtəlif adamlardan ayələrin toplandığını və necə gəldi yerləşdirdildiyini. Məsələn ilk endiyi söylənən “oxu” deyə başalayan Alak Surə`sinin 1-ci sıraya deyil, 96-cı sıraya yerləşdirildiyini. Quran`ın orijinal ilk variantının bugün tapılmadığını, çünki yandırıldığını…

Ø Məhəmmədin qəbrinin olduğu Məscid-I Nəbəvi`nin 1256 və 1481 illərd iki dəfə yandırılıb kül olduğunu…

Ø Müsəlmanların, Allahın evi olaraq qəbul etdiyi Kəbə`nin, tarixi qeydlərə görə çox zaman sel səbəbiylə, bəzən isə savaşlarda ən az 15 dəfər yerlə yeksan olduğunu…

Ø Məhəmmədin, qadınların əleyhindəki bütün qaydaları, otoriter olan ilk arvadı Xədicənin ölümündən sonra ortaya ata bildiyini.

Ø İslam inancında yer alan Sırat körpüsünün, əski İran dini Zərdüştlükdəki Şinvat körpüsü inancından ilhamlandığını. Zərdüştlüyün tək Allahlı bir din olduğunu…

Ateizm nədir- 2
ATEİZMƏ YAXIN ANLAYIŞLAR

Ateizmə əks anlayış teizm anlayışıdır. “Teizm” dünyanı yaradan, amma özü dünyadan kənarda dayanaraq, istədiyi vaxt dünya işlərinə müdaxilə edən, məsələn, peyğəmbər göndərən, əvvəlki dinləri, yaxud ayələri ləğv edən personal bir allaha inam mövqeyidir. Dindar teistdir. “Deizm” dünyanı yaradan və onu birdəfəlik quran allah fikrini qəbul edir, amma allahın dünyaya müdaxiləsini qəbul etmir. Bu, o deməkdir ki, deizm allaha inanır, amma dini (və peyğəmbəri) rədd edir. Yəni deist ateist deyil, antiklerikalistdir. “Panteizm” hər şeyin allah və allahın da hər şey olduğunu hesab edən mövqedir. “Panteizm ateizmin evfemiyasıdır” (Şopenhauer). Fəlsəfədə skeptisizm və aqnostisizm anlayışlarının da ateizmə aidiyyəti var. Skeptisizm, skeptiklik qədim yunan dilində “skepsis” (şübhə) sözündən olub, mənası şübhə ilə yanaşaraq son qərarı verməmək, verə bilməmək deməkdir. Stoa fəlsəfəsindən gəlmə belə bir anlayış var: “isosteniya”. Mənası ekvivalent arqumentasiya deməkdir. Bu, o deməkdir ki, mübahisə doğuran məsələdə qarşı tərəflərin qarşılıqlı olaraq əleyhinə və lehinə irəli sürdükləri dəlillər eyni çəkidədirlər. Bu, isosteniya hadisəsidir. Bu anlayışa mən islam fəlsəfəsində “takafu-u-ədillə” şəklində təsadüf etmişəm. Yəni allahın lehinə dəlillər onun əleyhinə dəlilləri üstələyə bilmir. “Allahın olmaması ən azından ehtimal daxilindədir” (Ayer).

“A-qnostisizm” sözündəki “qnos” (bilik) sözünü azərbaycanlı oxucu “pro-qnoz” (qabaqcadan-bilmək) sözündən tanıyır. Aqnostisizmin mənası “bilinməsi qeyri-mümkünlük, bilinməzlik” deməkdir. Aqnostik hesab edir ki, allahın nə var olduğu, nə də olmadığı kimi mövzularda insan heç nə bilə bilməz. Skeptisizm “allah haqqında bilik əldə edə bilə bilmərik” demir, əksinə, edə bilərik, sadəcə olaraq “son nəticədə qərar verə bilmərik” deyir. Aqnostisizm isə ümumiyyətlə, allah kimi problemlərin insan idrakına əbədi olaraq qapalı olduğuna inanır. Aqnostik allah haqqında danışmağı mümkün saymır, danışılanları da uydurma hesab edir.

ZƏİF VƏ GÜCLÜ ATEİZM

Hər bir halda insanların dinə bir-birindən fərqlənən iki münasibətini ayırd etmək mümkündür. Belə ki, bir var elə-belə inanan olmaq (bizim kənd-kəsəkdə yaşayan əhalimizin əksəriyyəti ta qədimdən belə müsəlmandır); bir də var son vaxtlar ölkəmizdə peyda olmuş nurçuluq, vəhhabilik, İran şiəçiliyi kimi ideoloji islamçılıq. “Müsəlmanlıq” ilə “islamçılığı” ayırmaq lazımdır. Birincilər dinə öz dünyagörüşlərində və yaşayışlarında minimum şəkildə yer verirlər, ikincilər isə dini təbliğatla, cəmiyyətdə siyasi və başqa törəmələri ola biləcək ideoloji dindarlıqla məşğul olurlar. (İdeoloji islamçılar sadə xalq müsəlmançılığını “bozbaş mollaçılığı” adlandırıb bəyənmirlər. Çünki sadə xalqın islama olan qeyri-ciddi münasibəti onları təmin etmir). Dinə bu iki münasibətə təxminən paralel olaraq, elmi ədəbiyyatda ateizmə də iki münasibət qeyd edilir: güclü (pozitiv, ifadə edilən) və zəif (neqativ, ifadə edilməyən) ateistlik. Zəif ateist allah haqqında düşünməmiş ateistdir. O, ateist olduğunu heç bilmir də, soruşsan bunu ifadə etməkdə çətinlik çəkər. Zəif ateistlik allaha və dinə laqeyd olmaq mövqeyidir. Elmi şüurda olan insanlar, zənginlər, uşaqlar anadangəlmə zəif ateistlərdir. Güclü ateist isə ateizmi şüurlu şəkildə seçən və bunu ifadə də edəndir. O, nə üçün ateist olduğunu deyə bilər. Zəif (neqativ) ateistin mövqeyi: “Mən əmin deyiləm ki, allah(lar) var”. Güclü (pozitiv) ateistin mövqeyi: “Mən əminəm ki, allah(lar) yoxdur”. Zəif (neqativ) ateizm passiv ateizmdir. Güclü (pozitiv) ateizm aktiv ateizmdir. Neqativ ateist allahın var olmadığını iddia etmir, sadəcə passiv olaraq allahın varlığını inkar edir (latınca “neqare” edir). Pozitiv ateist isə aktiv olaraq irəli sürür (latınca “ponere” edir) ki, allah yoxdur.

ATEİSTLİYİN DƏRƏCƏLƏRİ

Zəmanəmizin məşhur ateistlərindən və din tənqidçilərindən biri, təkamül nəzəriyyəsini genetika ilə birləşdirən, görkəmli ingilis bioloqu R. Doukins (Richard Dawkins) insanların allaha münasibətini daha təfsilatlı olaraq 7 maddə ilə belə sıralayır: 1. Allahın varlığı 100%-lik ehtimaldır. Bu şəxs teistdir, allaha inanır. K.Yunq demişkən, mən allahın varlığına inanmıram, onun var olduğunu bilirəm. 2. Allah çox böyük ehtimalla var, amma bu ehtimal 100% deyil. Belə bir şəxs faktiki olaraq allaha inanır. O, belə düşünür: “Allahın varlığını mən tam əminliklə deyə bilmərəm, amma mən ona inanıram və həyatımı onun varlığını nəzərə alıb yaşayıram”. 3. 50%-dən yuxarı, amma çox da yüksək olmayan ehtimalla allah var. Belə bir şəxs teizmə meyl edən skeptikdir. O, belə düşünür: “Mən qəti əmin deyiləm, amma allaha inanmaq istəyirəm”. 4. 50%-50% mövqeyi. Bu şəxs tamamilə bitərəf agnostikdir. 5. 50%-dən aşağı, amma çox da aşağı olmayan ehtimalla. Belə bir şəxs ateizmə meyl edən skeptikdir. O, belə düşünür: “Mən allahın olub-olmadığını bilmirəm, mən skeptikəm”. 6. Allah çox kiçik ehtimalla var, amma bu ehtimal 0% də deyil. Bu şəxs faktiki olaraq ateistdir, allaha inanmır. O, belə düşünür: “Allahın olmamağını mən tam əminliklə deyə bilmərəm, amma zənnimcə, onun mövcud olmasına demək olar ki, ehtimal yoxdur və mən öz həyatımı onu nəzərə almadan yaşayıram”. 7. Allahın varlığına heç bir ehtimal yoxdur. Bu şəxs güclü ateistdir. Onun fikri belədir: “Mən allahın varlığına inanmıram, mən bilirəm ki, heç bir allah yoxdur”. Doukinsin bu bölgüsü çox praktiki bölgüdür. Çünki nə inananların inamı, nə də inanmayanların inamsızlığı eyni şiddətdə olur. Qoy, hər kəs dinə münasibətinin şiddətini dəqiq müəyyən etsin. Cəmiyyətimizin “inananlar” və “inanmayanlar” cəbhələrinə parçalanmasının qarşısını almaqdan ötəri mən Doukinsin bu bölgüsünü çox faydalı hesab edirəm. Çünki Quran inananlarla inanmayanları müasir sivil cəmiyyət üçün çox təhlükəli ola biləcək şəkildə qarşı-qarşıya qoymuşdur.

ALLAH FİKRİ ANADANGƏLMƏDİRMİ?

Dindara elə gəlir ki, ateist allahı qəsdən inkar edir. Yəni ateist allaha inana bilməyən yox, inanmaq istəməyən və yaxud inansa da, bunu qəsdən inkar edəndir. Ancaq qəbul edilməlidir ki, insan fərd olaraq öz axtarışlarında allah ideyasına gəlib çıxmaya da bilər. Qərbdə “Allah ideyasının tarixi” mövzusunda elmi-fəlsəfi əsərlər yazırlar. Başa düşmək lazımdır ki, daha allah bəşəriyyətin təfəkkür tarixində axtarılır, göylərdə yox. Allah fikri və yaxud allaha inam anadangəlmə (a priori, fitri) zad deyil. Bunlar propaqanda məqsədilə uydurulmuş psevdo-elmi nəzəriyyələrdir. Heç bir psixologiya kitabı, heç bir beyin tədqiqatçısı insanda anadangəlmə allah fikrinin mövcudluğunu iddia etmir. İnsan doğularkən zehni ağ lövhə (tabula rasa) kimi olur. Sartr eksistensializmindən sonra insana anadangəlmə xas olan mahiyyətdən danışmaq isə savadsızlıqdır. “İnsan” hər şeydən fərqli olaraq özü öz mahiyyətini seçən azadlıqdır. İnsana fitrətən verilmiş heç bir mənsubiyyət yoxdur! İnsanın anadangəlmə müsəlman doğulması fikrini ortaya atmaqda məqsəd, ateisti vicdan əzabı hiss etmədən və ictimai rəyi qıcıqlandırmadan cəzalandıra bilməkdir. Əgər insan az və ya çox dərəcədə allah fikri ilə, hətta hazırcana müsəlman doğulursa (bəs niyə onda o, sünnətsiz doğulur?), onda belə çıxır ki, allahı inkar etməklə, o bunu ya qəsdən edir, ya da o, qeyri-təbiidir, manyak kimi bir şeydir. Məntiq bundan ibarətdir. Əgər faciəvi şəkildə yanılmış ateisti dəhşətli o dünya cəzası gözləyirsə, belədə dindar onun taleyinə nə üçün ağlamır, əksinə, onu birdəfəlik susdurmaq istəyir? Axı allahın vədinə görə, hər kəs öz şəxsi cəzasını çəkəcək, bundan dindara nə? Bəlkə ateist fikirlər onları boylanıb baxmaq istəmədikləri öz dünyaları ilə üzləşdirmiş olur? Bəlkə ateist onların ört-bas edib, özlərindən də gizlətdikləri, heç gizlətdiklərini də bilmədikləri şübhələrinə tərcümanlıq edərək narahatçılıq törədir? Mən dindarların arasında, ateistə dərindən və arxayınlıqla təbəssüm edən mömin təsəvvür etmək istəyirəm. Elə bir təbəssüm ki, tutalım, mən öz din tənqidlərimdən utanım.

NƏ ÜÇÜN ATEİZM?

Bəşərin dindən başqa heç bir sərvətinin olmadığı qədim dövrlərdə (o cümlədən islam dininin də yarandığı quldarlıq quruluşu dövründə!) din təkbaşına insanın bütün dünyagörüşünü ifadə edirdi: onun estetik zövqünü, həyat və ölüm haqqındakı təsəvvürlərini, təbiət hadisələrini izahını, qorxularını, xoşbəxtliyini, təsəllisini, arzularını, əxlaqi normalarını, ayrı-ayrı dəyərlərini, dəyərlər şkalasını, həyat tərzini və s. Bir sözlə, “all in one”. Qədimdə din məhz bu mənəvi-insani meyar rolunu oynayırdı. Hesab edilirdi ki, əxlaqlılığın da, ağıllılığın da, zövqlülüyün də, yaxşı adam olmağın da meyarı məhz dinə olan münasibətdir. Allaha inanmırsansa, dinə şübhə ilə yanaşırsansa, deməli, bir insan kimi ölümə layiqsən! Bu gün Katolik Kilsəsi inkvizasiya üzündən xəcalət çəkir, üzr istəyir. Belə də olmalıdır. İslam isə hələ də elə hesab edir ki, insanların ən dəyərlisi müsəlman olandır. İslam dini Məhəmməd peyğəmbər tərəfindən əxlaqi normalar və qanunlar toplusu kimi düşünülüb. “Din” ərəb dilində elə bu deməkdir əslində. Qədim yunanların “politeia” (konstitusiya), qədim türklərin “törə” dedikləri kodeksə ərəblər “din” deyiblər. Burada elə də dərin bir hikmət yoxdur. Məhəmməd qədim ərəb dövlətinin qurucusudur. Sadəcə olaraq, o, öz hakimiyyətinə ilahi yolla legitimlik qazandırıb. Ona görə də, səmavi konstitusiya kimi islamı rədd etmək dünyəvi mənada cinayət etmək, ictimai asayişi pozmaq, dövlətə xəyanət etmək kimi bir şey hesab edilib. İslamın həm din, həm də dövlət kimi qurulmuş olması, Məhəmmədin də həm peyğəmbər, həm də dövlət quran sərkərdə-siyasətçı olduğu tez-tez nəzərdən qaçırılır. Böyük Babək Xürrəmdinin həm siyasi baxımdan qiyamçı, həm də dini baxımdan günahkar hesab edilməsinin səbəblərindən biri də budur. Çünki ərəblər təkcə torpaq işğalçıları deyildilər. Bir ərəb fərdi üçün, ərəbləri bir millət kimi quran, onları tarixə gətirən, səhralardan saraylara yüksəldən islamı rədd etmək nə qədər böyük nankorluq və xəyanətdirsə, bir azərbaycanlı üçün eyni davranış, əksinə, o dərəcədə öz ruhunu işğaldan xilas etməkdir! Din daha meyar funksiyası daşımır, o, daha insanın kimliyini, necəliyini ifadə edəcək diapazonda deyil. Ona görə də, dindən çıxan avtomatik olaraq insanlıqdan da çıxmır! İndi deyəcəklərimlə antipodlarımın əlinə özüm-öz əleyhimə “yaxşı” faktlar vermiş olsam da, məni sevən bəzi oxucularımı bəlkə məyus etmiş olacağamsa da, fəlsəfi dünyagörüşümü gizlətməyəcəyəm: Nəinki dindən, xalqdan çıxmaq da insanı insanlıqdan çıxarmır! Nəinki xalqdan, vətəndən çıxarılmaq da insanı insanlıqdan çıxarmır! Nəinki vətəndən, övladlıqdan çıxarılmaq da insanı insanlıqdan çıxarmır! Nəinki övladlıqdan, ənənəvi namus kodeksindən, cinsi mənsubiyyətdən çıxmaq da insanı insan olmaqdan çıxarmır! Niyəmi? Mən yenə Sartr eksistensializmini xatırladıram: insan heç bir şey deyil, onun heç bir borcu, heç bir vəzifəsi, heç bir funksiyası yoxdur, o, öz azadlığıdır! Mən buna inanmışam ki, yalnız bir şey insanı insan olmaqdan çıxarır: azad yaşamamaq! Azad olmayan – böyük mənada insan deyil. İnsanlıq – azadlıqdır! Dinini yox, azadlığını itirən insanlığını itirir. Allaha inana bilməyən yox, azad ola bilməyən – insan deyil.

Ağalar Məmmədov

Ateizm nədir- 1
Ateizm allah(lar)ın varlığına inanmayan, allah(lar)ın varlığını bəyan edən dini təlim(lər)i rədd edən fəlsəfi-elmi mövqedir. Ateizm bütövlükdə hansısa bir qeyri və fövqəltəbii qüvvənin mövcudluğunu inkar etməkdir. Bu yazımda mən allahın var olub-olmadığına dair fikirlərimi yox, ateizmin nə olub-olmadığına dair fikirlərimi oxucularımla qısaca bölüşmək istəyirəm. Elə buna görə də, sərlövhədə ateizmi dırnaq içində yazmışam.

ATEİZM FƏLSƏFƏDİR

Başlayaq terminin mənasından. Allahı ifadə etmək üçün Qərb dillərində iki söz var, qədim yunan dilində teos (əslində theos) və latın dilində deus. “Ateist” hərfi tərcümədə “allahsız” deməkdir. Lakin “allahsız” deyəndə, biz zalım, vicdansız, həyasız kimi mənaları nəzərdə tutduğumuza görə bu söz “ateizm”in tərcüməsi ola bilməz. Qərb terminlərini dilimizə tərcümə edərkən, buna oxşar problemlərlə tez-tez rastlaşırıq. Məsələn, immoralizm və amoralizm terminlərinin ikisi də dilimizə hərfi tərcümədə “əxlaqsızlıq” kimi səslənir. Ancaq terminoloji baxımdan bunların arasında çox ciddi fərq var. İmmoralizm öz təfəkküründə, dünyagörüşündə və yaxud yaradıcılığında dünyaya, həyata əxlaq bucağından baxmamaq deməkdir. Yəni varlığı etizasiya etməmək, əxlaqiləşdirməmək, necə varsa o cür baxmaq, umacaqsız, “-malı”sız, “-məli”siz təhlil etmək deməkdir. Məsələn, Niçe (Nitsşe), Froyd (Freyd), Haydeqer (Haydegger) kimi şəxslər belə ediblər. Amoralizm isə mövcud moral tələblərə əməl etməmək, bir sözlə, əxlaqsızlıq, pozğunluq etmək deməkdir. Bizim gündəlik danışıq dilimizdə işlənən “əxlaqsız” sözü amoralist mənasındadır. Beləliklə, Niçe, Froyd, ya da Haydeger əxlaqsız filosoflar yox, immoralist filosoflardır. İmmoralizmin isə dilimizdə tərcüməsi yoxdur. Ateizm də belə, hələlik tərcüməsiz terminlərdən biridir. Ona görə də, “ateizm”i tələm-tələsik, ya da demoqoji-populist bəd niyyətlə “allahsızlıq” kimi tərcümə etmək olmaz. Onu elə olduğu kimi saxlamaq lazımdır. Ateizm anlayışının tarixi qədim yunan mədəniyyətində e.ə. V əsrə gedib çıxsa da, o, XVIII əsrdə yəhudi-xristian allahına inamsızlıq dünyagörüşü kimi Avropada meydana gəlib. Vaxtilə (XVI-XVII əsrlərədək) ateistlik Qərbdə də təhqir sözü idi. Qərbdə ilk dəfə özünə ateist deyən fransız maarifçi filosofu baron Holbax (XVIII əsr) olmuşdur. Keçmişdən və Şərqdən fərqli olaraq, indi Qərbdə ateistlik daha alçaldıcı xarakteristika deyil. Zənnimcə, bizim dindarlar elə indinin özündə də təxminən belə təsəvvür edirlər və yaradırlar ki, allahı inkar etmək gözgörəsi yalan danışmaq, başqasına şər atmaq, öz atasını danmaq kimi həyasız, alçaq, vicdansız bir davranışdır. Z.A.Tajurizina (Tazhurizina) post-sovet ölkələrdə ateizmin dərhal əxlaqsızlıq, yalançılıq, fitnəkarlıq kimi ən pis insani keyfiyyətlərlə eyniləşdirilməsinə diqqəti cəlb edərək yazır ki, hər yerdə olduğu kimi, ateistlərin də içində pozğunlar, şöhrətpərəstlər, alçaqlar ola bilər, necə ki, dindar olmaq da hələ mənəviyyat mücəssəməsi olmaq deyil. Lakin bütövlükdə ateizm, daha dəqiq ifadə ilə, Avropa ateizmi ən az başqa “-izm”lər qədər müstəqil, ciddi, mürəkkəb və hörmətəlayiq fəlsəfi konsepsiyadır. Elmi ədəbiyyatda bolşevik-sovet ateizmi ateizmin xüsusi növü kimi qeyd edilir və o, Avropa ateizmindən fərqləndirilir. 2005-ci il statistikasına görə, İsveç əhalisinin 45-85%-i, Vyetnamın 81%-i, Danimarkanın 43-80%, Norveçin 31-72%-i, Yaponiyanın 64-65%-i, Finlandiyanın 28-60%-i, Fransanın 43-54%-i ateistdir. Dünyada təqribən 1 milyarda yaxın insan ateistdir. Filosoflardan ateist olan və bunu ifadə edənlərdən bir neçəsi: Protaqor, Epikur, D. Didro, P.-H. Holbax, D. Yum, L. Foyerbax, M. A. Bakunin, K. Marks, A. Şopenhauer, F. Niçe, M. Haydeqer, B. Rassel, K-R. Popper, J.-P. Sartr, A. Kamyu, A. Ayer, R. Rorti, P. Sloterdik. Fəlsəfələrindən ateizm çıxan filosoflardan bir neçəsi: C. Lokk, İ. Kant, F. Hegel. Xalq təsəvvüründə məşhur adamlardan ateist olanlardan bir neçəsi: Ç. Darvin, M. Tven, Z. Froyd, B. Şou, M. Prust, Ç. Çaplin, B. Qeyts, A. Azimov, E. A. Po, K. Saqan.

ALLAH MÜBAHİSƏLİDİR

Orta əsrlərdə İbn Sina kimi nəhəng mütəfəkkir (mənim ona böyük hörmətim var) allahın zatını var olmaq hesab edərək, sanki “allah” adını “var” adı ilə eyniləşdirirdi. Belə olan halda “var” necə var olmaya bilərdi ki. Məsələnin belə qoyuluşunda, allah var olmaya bilməz. (Xristian filosofu Anselmusun ontoloji allah isbatıdır bu əslində). Bu görüş allahın mövcud olmamasına heç ayaq yeri də qoymur. Lakin belə şeyləri yalnız Orta əsrlərdə etmək olardı. J. N. Fayndlinin də dediyi kimi, “allah var olmaya bilməz” hökmünün doğruluğu məntiqən zəruri deyildir. Məntiqdə zəruri hökmlər tautoloji quruluşda olurlar, məsələn, “dairə yumrudur”, “zənci qaradır” kimi. Zəruri olaraq doğru olan hökmlər əslində yeni heç nə demir, belə ki, dairənin zəruri olaraq yumru həndəsi fiqur, zəncinin qara rəngli adam olduğunu mən onsuz da bilirdim. “Tautalogiya” eyni fikri təkrarlamaq deməkdir. “Zənci” anlayışında qaralıq, “dairə” anlayışında yumruluq mənası immanent olaraq, əvvəlcədən var, amma axı “allah” anlayışında “var olmaq” mənası zəruri olaraq yoxdur! Allah mübahisəlidir. Tolerantlıq da məhz bunun qəbul edilməsindən başlanır. Tolerantlıq nəzakət norması deyil, dərin sualların cavablarında haçalanmanın qəbul edilməsidir. Allahın var olub-olmaması da birmənalı deyil. Yekun olaraq, ateizm nə başıxarablıq, nə şeytanlıq, nə də xəyanətdir. O, fəlsəfi mühakimədir.

İSLAMDA ATEİZM

İslamda fərdi səviyyədə ateist olmayıb. Mən bildiyimə, islam tarixinə allahın varlığını inkar edən şəxs adı daxil olmayıb. Buna görə də, islam terminologiyasında ateistə tam adekvat termin yoxdur. Kafir, mülhid, zındıq, dəhri terminlərinin heç biri ateistə tam uyğun deyil və bu çox təbiidir. Kafir – Məhəmməd peyğəmbərin yaşadığı dövrdə onun peyğəmbərliyini qəbul etməyənlərə onun özünün verdiyi addır. “Kim allahın nazil etdiyi (hökmlər) ilə hökm etməsə, bax, onlar əsl kafirlərdir” (Maidə, 44). Məncə, “kafir” termini islamdan əvvəlki cahiliyyə ateistliyinə, yəni ərəb bütpərəstliyinə daha çox uyğun gəlir. Amma özləri bilən məsləhətdir. Mülhid din yolundan çıxan, allaha iman etməyən şəxsə deyilir. Bu termin nadir hallarda işlədilir. Zındıq atəşpərəstlərin kitabı Zend Avesta (Şərhli Avesta) adından götürülüb, zendçi, məcusi, atəşpərəst deməkdir. Ərəblərin islamdan qabaq bizə və farslara verdikləri addır. Dəhri hər bir şeyin və hadisənin zamanda və zamanla, yəni təkamüllə baş verdiyinə inanan materialistlərə verilən addır. Dəhri zaman deməkdir. Dəhriyyun varlıqda əsas qüvvənin zaman olduğunu iddia edən zarvaniliyin islam arealında davamıdır. Zındıqlıq kimi dəhrilik də əcəm (qeyri-ərəb) mənşəlidir və bu çox düşündürücüdür… Deməli, ərəblər öz zülmkar işğalçılıqlarına dini don geyindirir və onlara müqavimət edənləri zındıq, dəhri kimi adlarla alçaldırdılar.

ATEİZMƏ EHTİYAC VAR

Bəziləri qəsdən, bəziləri sadəlövhlükdən, bəziləri əzbərçi tənbəllikdən gənclərdə elə bir təsəvvür yaratmağa çalışırlar ki, guya din yeganə, alternativsiz dünyagörüşüdür, allah qeydsiz-şərtsiz sübut edilmiş mütləq həqiqətdir, Məhəmməd peyğəmbərin məhz allahın sözünü ərəblərə çatdırması elmi faktdır, bütün dünya yavaş-yavaş müsəlman olmaqdadır, islam dini ən mükəmməl dindir və s. və i. Açıq-aşkar dinə qeyri-dini analizlər verən, dini qeyri-dini formada izah edən intellektuallar ölkəmizdə hələ ki yoxdur, dinə qarşı onu balanslaşdıran cəbhə hələ ki formalaşmamışdır. Din açıq cəbhədə bombardman edir. Elmi-fəlsəfi nöqteyi-nəzərdən əks arqumentlərin səslənməsinə indi böyük ehtiyac var. Son hadisələr göstərdi ki, əgər siyasi hakimiyyət qarşısını almasaydı, cəmiyyət dini təbliğata qarşı özü-özlüyündən antibiotik ifraz edə bilməyəcəkdi. Məncə, din məsələsində biz dövlət aparatında oturan ağıllı adamlara kömək etməliyik. Yoxsa elə təəssürat yaranır ki, siyasi hakimiyyət dinin arqumentləri qarşısında guya cavabsız və gücsüzdür və guya elə buna görə də o, zora əl atır. Cəmiyyət özü dinə qarşı intellektual cavablar verə bilməsə, onda elə görünəcək ki, guya ölkəmizdə dünyəvi dövlətə qarşı dini-şəriət dövlətinin ciddi elektoratı var və biz guya dini genişlənməni sivil yolla deyil, yalnız zor tətbiq edərək dayandıra bilirik. Biz humanistlər bu təəssüratın səhv olduğunu sübut etməliyik. Çox təəssüf ki, müxalifət mətbuatı iqtidarın din probleminə qarşı profilaktik tədbirlərini ümummilli məsələ saymır və müxalifətçilik etmək naminə müxalifətçilk edərkən dinin tərəfinə keçdiyini unudur. Mən öz ağlımca bunu səhv sayıram. Görünür, bu imtahanı da verməliyik biz. Dinin ağır zopası başımıza dəyməlidi. Halbuki biz dinin ictimai şüurda özünə möhkəm yer etməsi ehtimalından distopiya kimi qorxmalıyıq. Zənnimcə, hələlik nə azərbaycan xalqı, nə siyasi müxalifət, nə də azərbaycanlı dindar dinin nə olduğunu, daha doğrusu, nə ola biləcəyini yaxşı başa düşmür. Bu, çox qorxulu haldır.

KİMDİR ATEİST?

Hər bir dövrün, hər bir dinin, hər bir təfəkkür səviyyəsinin öz ateistik anlayışı var. Burada “ateizm”in dinsizlik mənası da üzə çıxır. Hansısa dindəki allah təsəvvürünə inana bilməyən şəxs ateistdir, yəni allahsızdır, yoxsa dinsiz? Buddhizm dininin peyğəmbəri Buddhanın dinində, Daoizm dininin peyğəmbəri Lao Tsenin dinində allah iştirak etmir, bunlar ateist dinlərdir. Belə çıxır ki, peyğəmbər Buddha, peyğəmbər Lao Tse ateistdirlər. Qəribə səslənir, elə deyil? Amma belədir. Gəlin, xatırlayaq ki, Məhəmməd peyğəmbərin özünü qəbilədaşları nə ilə günahlandırırdılar? Lutu, Uzzanı, Mənatı rədd etdiyinə, dindən çıxdığına görə günahlandırırdılar. Hesab edirdilər ki, o, “Məkkənin qızları” adlandırılan bu üç bütü (bunlar qadın allahlar, ilahələr idilər) Məhəmməd təhqir etmişdir. O, məkkəlilərin dinini rədd edir, amma allahı qəbul edirdi! Bu gün müsəlmanlar ateistə nə cür baxırlarsa, vaxtilə Məhəmməd peyğəmbərə də elə o cür baxıblar. Ümumiyyətlə, yeni meydana gələn dini cərəyanlar hakim din tərəfindən həmişə ateistliklə günahlandırılıblar. İlk xristianlar politeist yunan dini tərəfindən, ilk buddhistlər hinduistlər tərəfindən, o cümlədən də ilk müsəlmanlar bütpərəst ərəblər tərəfindən. Bir müddət sonra allahın monopoliyası uğrunda mübarizə başlayır və hər iki tərəf bir-birini ateistlikdə günahlandırır. Ümumiyyətlə, dini düşərgə “ateist” sözünün kütlələrin qulağında alçaldıcı mənasından istifadə edərək, dinlə konfliktdə olan bütün təlimlərə və şəxslərə qarşı bu damğadan istifadə etmişdir və edir. Göydə allaha səcdə etməyən “iblis” obrazına Yerdə ateist (kafir) uyğun gəldiyinə görə, kafir şeytanın tərcümanı sayılmışdır. Bir ideologiya kimi din bu bicliyi ilə tarix boyu bütün opponentlərini alçalda bilmişdir. Bu problem onunla əlaqədardır ki, istər teologiyada, istər fəlsəfədə, istərsə də müqayisəli dinlər tarixində nə vahid allah təsəvvürü təsbit etmək, nə də vahid bir din tərifi vermək mümkün olduğuna görə ateizm kateqoriyasına vahid məna vermək çətindir. Yuxarıda da dediyim kimi, hər dövrün, hər səviyyənin, hər dinin öz ateizmi var. Məni islam dininin ateizmi maraqlandırır.

A.Məmmədov

İslam qlobal lokalizm kimi
Dünyanın hər yerində dindarlar öz dinlərinə dünyəvi (qlobal) aktuallıq qazandırmağa çalışırlar. Hindlilər meditasiya və yoqa praktikası ilə Qərb insanına sükunət vəd edirlər; çinlilər akupunkturun alternativ tibb olduğuna, tsi enerjisinə uyğun yaşamaq yollarını öyrədən fen-şuy sənətinin vacibliyinə dünyanı inandırmağa çalışırlar. Heç Qərb xristianları da fərqli hərəkət etmirlər. Xristian teoloqları da xristianlığın hansı yollarla aktuallaşdırıla biləcəyini müzakirə edir. Müxtəlif dinlərin artan missioner fəaliyyətləri də fikrimi təsdiqləyir. İslamçıların da fəallaşması göz qabağındadır.

Ümumiyyətlə, missionerlik ta qədimdən monoteist-semit dinlərə xas olub. Lakin son dövrlərdə bütün dünyada dini aromatın kəskin artması, klerikal təmayülün intensivləşməsi nə təkcə dinin «axır ki, dərk edilmiş» həqiqətindən əmələ gəlir, nə də təkcə dinlə məhdudlaşır. Bütün məsələ dünyada gedən qloballaşma prosesi ilə əlaqədardır.

Bu o deməkdir ki, indi hər bir xalq (Hegelin dili ilə desək, tarixin hər bir fərdi) «kasıbın olanından» deyib, öz lokal (milli) mədəniyyətində dişə dəyən nə varsa, çıxardıb qoyur ortalığa. Folklordan dinə qədər. Din də bu kontekstdə sırf milli mədəniyyət, daha doğrusu, lokal kultur faktı kimi yenidən əhəmiyyət qazanır. Qloballaşma müstəvisində «baxın, bizim nə gözəl musiqimiz var» duyğusu ilə «görün, biz necə maraqlı ibadət edirik» duyğusu arasında mahiyyətcə fərq yoxdu.

Biz bir qrup apolitik inkarçı-tənqidçi yeni yazarlar da qloballaşmanın daşıyıcıları və nəticələriyik. Bizim kimi düşünənlər tək-tək həmişə olub, biz özümüz bu düşündüklərimizi illərlə əvvəl də düşünürdük, amma indi artıq bu yeni düşüncələr ictimai iqlimdə rahatlıqla yayılıb, çoxala və ümumi kommunikasiyaya daxil ola bilir. Bütün bunlar dünyada əsən qlobal küləklərlə əlaqədardır. Bizi dövran özü yetişdirib. Ona görə də, bizim milli-mənəvi dəyər inkarçılığımız, milli mentalitet və din əleyhdarlığımız daha heç kimin konkret şəxsinə bağlı deyil, öz-özünə davam edəcək prosesdir. Məsələn, sabah dinə qarşı ağır və dolu toplarımızdan biri sayılan Yalçın İslamzadə kimi əziz dostumuz da, dönüb «İslam ən mükəmməl dindir» desə, bu, başlanmış antiklerikal prosesi dinin xeyrinə dəyişə bilməyəcək.

Qloballaşma ilə lokallaşma prosesləri iç-içə, bəzən də yanaşı davam edəcək. Tolerant Qərb mühitində yanaşı, intolerant İslam mühitində isə qarşı-qarşıya. Qlokal (qlobal+lokal) nümunələr zəminində yeni hadisələr yaranacaq. A.Qasımov Qərbdə muğamla, biz də burada Qərbin «Allah ölüb» kimi ekssentrizmlərilə təəccüb və heyrət doğuracağıq.

Bu məsələdə biz qlobalist, qarşımızdakılar (bəlkə yanımızdakılar?) lokalistlərdir. Biz qloballığı lokallığa çevirmək istəyirik, onlar lokallığı qloballığa. Biz istəyirik Azərbaycan dünya boyda olsun, dünya kimi olsun. Onlar isə istəyir ki, dünya hamısı az qala bizim kimi olsun. Azərbaycanlı başına yaylıq bağlamış zənci gəncinə «matişkə» deyərkən (özüm şahid olmuşam), özünün də xəbəri olmadan zəncidən azərbaycanlı olmağı tələb edir.

Azərbaycan dünyanın mərkəzlərindən biri olmadığından, burada bütün dünyanı, dünyanın bütövlüyünü müşahidə etmək olmur. Azərbaycanda dünya balacadır. Dünyanın hamısı burada görünmür, cüzi bir hissəsi görünür. İctimai yerlərdə gedən söhbətlərə qulaq asaq, telekanallarda hazırlanan proqramlara tamaşa edək, azərbaycanlıların kitablarını oxuyaq, hətta alimlərini dinləyək, dünya ilə müqayisədə nə qədər məhduddurlar! Söhbət təsəvvürlərin, dünyaya baxışın darlığından, zövqlərin primitivliyindən gedir. Normal azərbaycanlı bəşərə məlum olan bütün düşüncəni hələ düşünməyib, bütün duyğuları hələ duymayıb. Dünyada müzakirə edilən mövzuların bizdə heç qaldırılmamış olmasını öyrənmək adamı bədbin və məyus edir. (Bu, xalqı alçaltmaq deyil. Hansımız belə olmağımıza sevinir ki? Bizim hamımızı bədbəxt edən elə bu Azərbaycan deyilmi? Yəni bu məkanda xoşbəxt adam var, ola bilər, görəsən?)

Əlbəttə, hər bir qlobal ideya öz mənbəyinə görə lokal olmuşdur. Bəs hər hansı bir lokallığın qlobal olma hüququ və imkanı necə müəyyən olunacaq? Sual verilə bilər ki, madam Afrika mənşəli caz dünya musiqisinə çevrilə bilirsə, onda muğam niyə belə olmasın. Yaxud bizim qadınlarımız Qərb qadınları kimi dikdaban ayaqqabılar geyirlərsə, onda onlar niyə bizimkilər kimi kələğayı örtməsinlər və s. Doğrudan da, niyə axı? Hansısa lokalizmi qloballaşdıran determinantlar həmişəmi ədalətlidir? Bu suallara birmənalı cavab vermək olmur. Etiraf etmək lazımdır ki, ümumbəşəri istehlakda, nələrinsə hesabına «qlobal» mandatı almış (verilmiş) bir yığın mənasız, hətta zərərli lokalizmlər var.

Ötən əsrdə yaşamış fizik və filosof Vaytseker məqalələrinin birində meditasiya kultunun Qərbdə yayğınlaşmasından narahat olduğunu yazırdı. Belə məsələlər həmişə müzakirə olunub və olunur. Necə ki, biz Braziliya teleseriallarının, Hollivud filmlərinin zərərli təsirlərini hərdənbir müzakirə edirik.

Gələk İslama. Dünya miqyasında fəallaşdığına görə İslamı qınamaq düz olmazdı. Yuxarıda da qeyd etdiyim kimi, qloballaşma prosesində bütün lokallıqlar dirçəlirlər. Prosesin işləmə mexanizmidir bu. Elə isə bəs problem hardadır?

Bu məsələdə fikirlər haçalansa da, mən öz şəxsi mövqeyimi bildirəcəyəm. İslam dini qlobal olmağa layiq deyil! O, qloballığa iddialı arxaik lokalizm nümunəsidir!

Sadəcə olaraq, İslam qloballaşmanın yaratdığı əlverişli şəraitdən öz lokal məqsədləri üçün istifadə edir. Əslində onu məlum dinlərlə (yəhudilik və xristianlıqla) keçmişdən qalan haqq-hesabını çürütmək maraqlandırır. O, hamıya sübut etmək istəyir ki, birinci sort din mənəm. Plüralist, dialoqçu, tolerant, bir sözlə, dövrün tələblərinə uyğun mövqe tutmağa isə onu öz kitabı qoymur.

Qlobalizmdə hər cür lokallığa icazə var. Amma heç kimin başqalarını ikinci sort saymaq, « ya elə, ya belə!» iddiasında olmaq imtiyazı yoxdur. İslam isə mahiyyətcə (yəni Qurana görə) fundamentalizmdir, radikalizmdir. (Fundamentum və radiks sözlərinin hər ikisi «kök» deməkdir). Özünə şirk qoşmağı yasaqlayan, kökdə təkbaşına dayanmaq istəyən belə monizmlər (yekçilik) qlobalizmin ruhuna ziddir.

Qloballaşmanın yaratdığı şəraitdən istifadə edən fundamentalizm və radikalizm, o cümlədən İslam dini bütün dünyanın problemidir. Amma İslam təhlükəsi heç də ən çox bizi hədələmir. Biz nəyik ki? Söhbət Bin Laden terrorizmindən getmir. Söhbət terrorizmin də İslam sipəri arxasında gizlənməsindən, gizlənə bilməsindən gedir. İslam öz barışmazlığı, qan tökməkdən çəkinməyən xarakteri, yeklik iddiası, arxasında terroristlərin belə gizlənə biləcəyi qeyri-şəffaflığı və nəhayət mənsublarının kasıblığı, cəhaləti və qəzəbi ilə qlobal miqyasda təhlükəli lokalizmdir.

Əslində xalqımızın sadə hissəsi, yəni böyük bir çoxluğu, dinə qarşı biganədir, onun təfəkküründə Orta əsrlərdən qalma zərərli «gizli dinilik» olsa da, o, sadəcə müsəlmandır və qlobal lokalizm kimi İslamın daşıyıcısı deyil (bu yerdə sovet rejiminə təşəkkür edək). Bu, hamımızı sevindirir. Amma İslamın qlobal missionerlərini sevindirmir. Biz hətta dədə-baba mollalarımızla da yanaşı yaşaya bilərik. Amma yeni dindarlar onları «bozbaş mollaları» adlandırıb, bəyənmirlər. Fundamentalistlər bu xalqdan qlobal İslamın daşıyıcılarını qayırmaq istəyirlər. Başladılmış re-islamizasiya (lokallaşma) prosesinin mahiyyəti budur.

İslam dini müasirləşməyib, reformasiya yaşamayıb, elmlə barışmayıb, rasionalizmin (maarifçiliyin, aydınlanma fəlsəfəsinin) kritisizm süzgəcindən keçməyib. Bütün ciddiyyətimlə deyirəm, qarşımızda çox qorxulu bir şey dayanıb… Biz muğamı da tənqid edirik, amma heç kim bizi nataraz söyüşlərə qonaq etmir, bizə rəngarəng ölümlər vəd vermir.

Almanların məşhur «Şpiqel» jurnalının ötən saylarının birində dini fundamentalizmin yenidən intensivləşməsi ilə aydınlanmaçı (maarifçi) fəlsəfənin əsas tezislərinin yenidən aktuallıq qazanmasından bəhs olunurdu. Fransız statistikası məlumat verir ki, fransız həbsxanalarında bütün məhkumların 70%-ni müsəlmanlar təşkil edir. ABŞ-da hər il minlərlə narkoman, məhkum və ya asosial zənci İslamı qəbul edib, müsəlman olur. (Onlara «qara müsəlmanlar» adı verilir). Şərhə ehtiyac var?

Əziz dostlar! İslam dini öz inananlarının sayına görə (sırf buna görə!), dünya dini hesab olunur. O, bizim deyil, heç vaxt da olmayıb. İslam mədəniyyətinin formalaşmasında biz üçüncü dərəcəli rollardan birini oynamışıq.

İslam lokallığını qloballığa çevirmək istəyən qrupların arxasında pullu, təşkilatlanmış, özünü sırf bu işə həsr etmiş qüvvələr, hətta dövlətlər dayanır. Bəs bizim arxamızda nə dayanır? Yox, dostlar, İslam təkbaşına bizlik deyil. Biz nə boydayıq ki, (coğrafi-fiziki ölçülərimizi nəzərdə tutmuram), İslam boyda da məsələmiz olsun.

Arzuolunan azad mühitin yaratdığı istənməyən problemlərdən biri təhlükəsizlik problemi olduğu kimi, bəzi faydalı dərmanlar zərərli nəticələr də doğurduğu kimi, mövcud İslam problemi də qloballaşmanın gətirdiyi təhlükəli problemlərdən biridir. Bizim bu məsələni qlobal müstəvidə müzakirə etməkdən və bu mövzuda aparılan dünya miqyaslı debatlara qoşulmaqdan başqa yolumuz qalmır.

Ağalar Məmmədov

Dinin tarixi və ictimai kökləri
Dinin mənşəyi, tarixi və icitmai kökləri haqqında müxtəlif fikirlər vardır. Dinçilər inandırmağa çalışırlar ki, dini etiqad insanla bərabər yaranmışdır. O, əzəlidir və əbədidir. Amma tarixi materializm fəlsəfəsi bu məsələyə başqa cür baxır. O, qədim dövrlərin nadir arxeoloji abidələrinə, tarixi sənədlərə, elmi tədqiqatlara istinad edərək sübüt edir ki, din insandan çox sonra, insan insanlıq həddinə yetdikdən, ictimai praktikada, əmək prosesində təbiətlə üzləşdiyi və uzlaşdığı zamanlarda meydana çıxmışdır.

Dinin mənşəyi, ilk rüşeymləri ibtidai insanların həyat şəraiti ilə bağlıdır. Deməli,

din əzəli və əbədi yox, tarixi bir hadisədir. Bu isə öz sırasında o deməkdir ki, dini əmələ gətirən və onu indiyə qədər yaşadan səbəblər aradan qalxınca din özü də ortadan çıxacaqdır.

Göründüyü kimi dinin mənşəyi özü prinsipal və mürəkkəb problemdir. Onun necə həll edilməsindən, hansı baxımdan işıqlandırılmasından bir sıra başqa, daha mühüm məsələlər, o cümlədən din ilə incəsənətin əlaqəsi məsələsi asılıdır.

Dinin mənşəyini, onun ünsürlərini və ilk təzahürlərini, ibtidai formalarını öyrənmək üçün antropoloji, arxeoloji və etnoqrafik tədqiqatlardan, uzaq keçmişlərdən qalmış maddi mədəniyyət nümunələrindən, ibtidai dövrlərə aid mağara rəsmlərindən, qədim xalqların folklorundan, nəhayət, indi bəzi qitələrdə yaşayan, hələ də qəbilə-icma həyatı keçirən tayfaların məiəşətindən, adət və ənənələrindən və bir sıra başqa mənbələrdən istifadə olunur.

Dinin mənşəyi problemini öyrənmək üçün keçmiş dövrlərin tarixçiləri, filosofları, alimləri, sənətkarları çoxlu axtarışlar aparmış, tapıntılar, elmi nailiyyətlər əldə etmişlər. Antik dövrün materialist filosofları Heraklit, Demokrit, Epikür, intibah dövrünün alimləri Kopernik, Qaliley, Bruno, holland və ingilis maarifçiləri B.Spinoza, T.Hobbs, fransız materialistləri D.Didro, P.Holbax, böyük alman filosofu L.Feyerbax, Şərqin İbn-Sina, İbn-Rüşd, Xəyyam, Nizami, Tusi, Nəsimi kimi parlaq zəkaları dinə münasibət məsələsində cəsarət göstərmiş, onun mənşəyini, mahiyyətini öyrənmək probleminə dair maraqlı, dəyərli fikirlər söyləmişlər. Bu problemin əsl ateist şərhini, elmi həllini marksizm klassikləri vermişlər. Karl Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərində dinin tarixi hadisə olduğu isbata yetmişdir.

Din necə əmələ gəlmişdir?

Əldə olan müasir elmi məlumatlara görə, canlılar aləmində insan cinsinin yaşı təxminən bir milyon ilə yaxındır. Din isə şüur forması kimi ancaq ilk qəbilə quruluşu dövründə təşəkkül tapmağa başlamışdır. Arxeoloji dövrləşdirmə əlamətlərinə görə, bu proses qədim daş dövrünün (paleolitin) orinyak- Solutrey adlanan mərhələsi ilə bir araya düşür, yəni 35-40 min il bundan əvvəlki zaman təsadüf edir.

Bu faktın özü çox maraqlı və bizim üçün son dərəcə gərəkli olan belə bir həqiqəti təsdiq edir ki, milyon ilə yaxın yaşı olan bəşəriyyət, bizim pitekantrop, sinantrop, atlantrop adlanan əcdadımız öz ömrünün doqquz yüz min ildən çoxunu din nə olduğunu bilmədən, dinlərdən və allahlardan azad yaşamışdır. Bu fakt “din insanla bir yaranmışdır”, yaxud “allah etiqadı insana ana bətnində verilir” kimi mövhümi, idealist fikirləri kökündən rədd edir.

Çoxları dinin törəməsini bəşəriyyətin həyatında tərəqqi və intibah əlaməti kimi qiymətləndirməyə çalışır, dini idrakı allaha qovuşmağın vasitəsi, həyatın, həqiqətin dərki, insan zəkasının, insanlıq borcunun yüksək nümunəsi kimi qələmə verirlər.

Bu iddia həqiqətə uyğundurmu? Qətiyyən! Tarix də, hazırkı dövr də bunun əleyhinədir. Çünki dinlər meydana çıxana qədər də insan anlaqlı, idraklı həyat sürmüş, əmək və istehsal alətlərini düzəltmiş, od yandırmağı və onsan istifadə etməyi öyrənmiş, ov etməyə, tələ qurmağa, bəsit silahlar işlətməyə alışmış, bir sözlə insanlıq həddində insan idrakı ilə yaşamağı, ictimai fərd kimi kollektiv içərisində, birgə əmək prosesində şüurla davranmağı bacarmışdır. Dini təsəvvürlər, illahiyyat haqqındakı ehtimallar əslində insanları fəal, səmərəli şüurdan ayırıb boş, faydasız xəyalətə sövq etmişdir.

Dinin insana nə verdiyini, nədən məhrum etdiyini, dinin mənşəyini, mahiyyətini düzgün işıqlandırmaq üçün V.İ.Leninin bu sözlərini rəhbər tutmaq lazımdır ki, din həqiqi, qüdrətli, obyektiv, insan idrakının canlı ağacında bitmiş barsız çiçəkdir. Ruhanilərin, dinşunasların dediyi kimi, din heç də bəşəriyyətin tərəqqi pilləsi yox, onun tərəqqi yollarındakı çaşqınlığı, oyayan, axtaran şüurun aldanışını, bilmək istəyən ağlın bilməzliyi, həqiqətin çətin yollarında insanın rast gəldiyi böyük, çox böyük maneədir.

Dinin mənşəyi və mahiyyəti hər şeydən əvvəl tarixin ilk dövrlərində insanın təbiət qüvvələri qarşısındakı acizliyi, sonralar isə onu əzən icitmai şəraitin, istismarçı qüvvələrin qarşısındakı gücsüzlüyü ilə şərh edilməlidir. Çünki bütün dinlərin, dini təriqət və etiqadların əsasını fövqəltəbii, fövqəlbəşər qüvvələrə kor-koranə inam təşkil edir. Rüşeym halında belə inam hələ ibtidai qəbilə dövründə yaranmışdır.

İnsanlar 35-40 min il bundan əvvəl təbiət hadisələrini dürüst anlaya və şərh edə bilmədikləri üçün fövqəltəbii qüvvələrin, insanın özündən çox-çox qüdrətli bir varlığın mövcud olması haqqında düşünmüş, öz xəyalında o qüvvələri, ilahi varlığı görməyə, onları insana bənzər obrazlarda canlandırmağa çalışmışlar. Bu xəyalat, ilahi qüvvələr haqqındakı təsəvvürat şüurun çox bəsit olduğu həmin dövrlərdə asanlıqla allahlara etiqad doğurmuş, dinin ilk formalarını əmələ gətirmişdir. Əslində din insanların üzərində hökm sürən təbiət və cəmiyyət qüvvələrinin göy qüvvələri şəklində göstərən inikasından başqa bir şey deyildir.

Ova çıxan, torpağa toxum səpən, yad qəbilələrdlə qanlı vuruşa başlayan qədim insanlar göylətə müraciət edib öz işlərində allahlardan uğur dilməyi vacib bilmişlər. Göylər nərə çəkib guruldayanda, odlu şimşəklər, ildırımlar çaxanda, meşələr odlanıb ətrafa alov saçanda, sellər, sular daşıb, tufan qopub, fəlakət gələndə canına lərzə düşən insan amansız təbiətə yalvarıb aman istəməyə məcbur olmuşdur.

İndi hər bir məktəblinin belə başa düşdüyü təbiət hadisələri ibtidai insana vahiməli sirlər kimi görünmüşdür. O, güman etmişdir ki, bu sirləri yalnız uca dağlarda, dibsiz dənizlərdə, intəhasız göylərdə yaşayan ruhlar bilir, güman etmişdir ki, təbiətin ixtiyarı da, insanın özünün taleyi də ancaq qüdrətli allahların əlindədir. Məhz qorxu, acizlik, ümudsizlik ibtidai insanda dini etiqad, allaha pənah, təvəkkül və ümid yaratmışdır. Allahlar acizlik, köməksizlik duyğusundan, aldanışlardan, yalan təsəvvürlərdən doğrulmuşdur desək, həqiqətə zidd olmaz.

Beləliklə, dinlər də, allahlar da insanlardan sonra yaranmış, onların yanlış təsəvvürlərindən törəmişlər. L.Feyerbax bu mənada çox gözəl və haqlı demişdir ki, “müəqqədəs kitablarda göstərildiyi kimi allah insanları deyil, insanlar allahları özülərinə bənzər yaratmışlar”.

Allah haqqındakı təsəvvürlərin, dinin ictiami kökləri belədir. Məhz bəşəriyyətin ibtidai həyat sürməsi, mədəni inkişafın hələ çox aşağı pilləsində dayanması dinin rişələnməsi üçün ilk zəmin yaratmışdır.

M.Məmmədov İncəsənət və din

Hello world!
Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!